Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı eyni zamanda bədii yaradıcılıqla məşğul olur, şeirlər qələmə alır. Ədəbi aləmdə Orxan Paşa kimi tanınan alimin “Əllərini uzat mənə” adlı yeni kitabı işıq üzü görüb.

Ərazi bütövlüyümüzün bərpa edildiyi, işğalçı üzərində şanlı Qələbə qazandığımız Vətən müharibəsinə həsr olunan kitabda müəllifin “Qırx dörd günün gerçək nağılı”, “Gəlmişəm, Şuşam, gəlmişəm”, “Kasıbın oğlu” adlı şeirləri, həmçinin “Şərqdə şər oyunu” adlı fəlsəfi-siyasi poeması, eləcə də “Taleyimdən və ürəyimdən keçənlər” adlı ömür və könül etüdləri yer alıb.

Qeyd edək ki, Orxan Paşa “Sənə sözüm var”, “Yağmur qoxusu”, “Saz başına döndüyüm” və “Taleyimdən və ürəyimdən keçənlər” adlı bədii kitablarında yer alan müxtəlif janrlı poetik nümunələri ilə oxucuların rəğbətini qazanıb.