C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında 1969-cu ildə istehsal edilən “Bir cənub şəhərində” bədii filmi rəqəmsal formatda bərpa olunub. Filmin bərpası “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən həyata keçirilib.

Yanvarın 27-də Nizami Kino Mərkəzində “Bir cənub şəhərində”nin yenilənmiş versiyasının təqdimatı olub.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Eldar Quliyevin quruluş verdiyi filmdə əsas rollarda Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Süsən Məcidova, Almaz Əsgərova və başqaları çəkiliblər.