Fevralın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Şuşa İli”nin açılışına həsr olunmuş tədbir keçiriləcək. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması haqqında müvafiq sərəncamına əsasən gerçəkləşəcək.

Tədbir çərçivəsində Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi təşkil ediləcək.