Qətərin dövlət naziri, Qətər Milli Kitabxanasının rəhbəri, professor Həməd bin Əbdüləziz əl-Kavari Nizami Gəncəvi irsinin təbliğində və tanıdılmasında xidmətlərinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş “Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı” ilə təltif edilib.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov xatirə nişanını nazirə təqdim edib.

Qətərin dövlət naziri Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O əlavə edib ki, ötən ay keçirilən Doha Beynəlxalq Kitab Sərgisində məşhur rus şərqşünası Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının ərəb dilində nəşrinin təqdimatı böyük maraqla qarşılanıb.