Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şöhlət Əfşar vəfat edib. Bu barədə AYB-dən məlumat verilib.

Şöhlət Əfşar (Axundov Şöhlət Əşrəf oğlu) 1949-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub.

“Sükutdan asılmışam”, “Dodaqdan könüllərə”, “Bu dünyanın havasına oynama” və başqa kitabların müəllifidir. Dövri mətbuatda mütəmadi olaraq çıxış edib.

Dünya Avşarlar Dərnəyinin Azərbaycan təmsilçisi idi.

Allah rəhmət eləsin.