Mühacirət ədəbiyyatımız

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının V cildi – Alazan Baycanın “Əsərləri” “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Ədəbiyyat İnstitutundan verilən məlumata görə, kitaba Azərbaycan mühacirət ədəbiyyatının nisbətən az tanınmış nümayəndəsi Alazan Baycanın (1913-1989) şeirləri, poemaları, alman poeziyasından tərcümələri və məktublarından örnəklər daxil edilib. Mühacir şairin ədəbi irsi kitab halında Vətənində ilk dəfə nəşr olunur.

Seriyanın baş redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. Cildin tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

İnstitutda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının növbəti cildləri üzərində işlər davam etdirilir.