Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası “Əsgərə məktub” layihəsi çərçivəsində Zabitlər Evinə kitablar hədiyyə edib. Aksiya 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə həyata keçirilib.

Baş idarədən bildirilib ki, Zabitlər Evinə Elfirida Yelinekin, Emil Dürrenmattın seçilmiş əsərləri, Stendalın “Parma monastırı”, Kurt Davidin “Cingiz xan”, Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd” kitabları hədiyyə olunub.