İyunun 14-də Nizami Kino Mərkəzində tanınmış kinoşünas və rejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi,  Əməkdar incəsənət xadimi Ayaz Salayevin “Torpaq” filminin premyerası olacaq.

Təqdimat Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Salnaməfilm” studiyasının təşkilatçılığı ilə keçiriləcək.

Tammetrajlı sənədli ekran əsəri 1988-ci ildə soydaşlarımızın Ermənistan SSR-dən – öz tarixi dədə-baba torpaqları olan Qərbi Azərbaycandan deportasiyasından bəhs edir.