AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, xəttoyma ustası, Əməkdar mədəniyyət işçisi Seyfəddin Mənsimoğlunun “Ağacoyma xəttatlığı örnəkləri” kitabı işıq üzü görüb.

Kitabda Azərbaycan ağacoyma xəttatlığı sənətini sadə xəttatlıq peşəsindən yüksək sənət səviyyəsinə çatdırmış görkəmli rəssam S.Mənsimoğlunun həyat və yaradıcılığını özündə əks etdirən məqalələr və onun əl işlərinin fotoları yer alıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçisi Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevdir.