Gəncə RMİ Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı “Şuşa İli” ilə bağlı “Yurdun sinəsində ürəkmiş Şuşa” adlı şeir gecəsi keçirib. Çıxış edənlər hazırda Şuşa şəhərində dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərindən danışıblar.

***

Lənkəran RMİ Astara rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hamoşam kəndində “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərkəzin instrumental ansamblının müşayiəti ilə uşaqların ifasında milli rəqslər nümayiş etdirilib.

Astara Dövlət Rəsm Qalereyasında “Şuşa İli” münasibətilə yeniyetmə və gənclər arasında rəsm üzrə rayon müsabiqəsi keçirilib. Rayonun ümumtəhsil məktəblərini və Astara Dövlət Rəsm Qalereyasını təmsil edən 41 gənc rəssamın qatıldığı müsabiqədə Səncərədi kənd tam orta məktəbinin şagirdi Filiz Həbibzadə qalib olub. Rəssamlardan Əmir Əliyev II, Şüvi kənd tam orta məktəbinin şagirdi Aysun Əliyeva III yerə layiq görülüb.

Nurəddin