“Urdu Daily Jadid Post” qəzetinin baş redaktoru, Qlobal Mədəniyyət Federasiyasının baş katibi Tariq Feyzinin təşkilatçılığı ilə Bakıda ilk dəfə Urdu-Azərbaycan poeziya və mədəniyyət gecəsi keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya Ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, professor Qəzənfər Paşayev, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov tədbirdə iştirak ediblər.

Ədəbiyyat İnstitutundan bildirilib ki, tədbirdə Pakistan, Hindistan və Azərbaycan şairləri urdu və Azərbaycan dillərində şeirlərini təqdim ediblər. Sonda sufi rəqsləri və urdu dilində mahnılar ifa olunub.