İsmayıllı RMİ Ağsu rayon Mədəniyyət Mərkəzində Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesinin II hissəsinin motivləri əsasında hazırlanan “Xan qızı – Natəvan” tamaşası təqdim olunub. Tamaşada İbrahim xanın oğlu, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın (1832-1897) həyatından bəhs olunur. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Tamaşada Natəvan yalnız ictimai fəaliyyəti ilə yadda qalmır. Müəllif Xan qızını geniş şöhrət tapan alicənab qadın kimi təsvir edib.

O, təmiz məhəbbət əsasında ailə qurduğu Knyaz Xasayı ürəkdən sevsə də, ayrılıq məqamı gələndə həyat yoldaşı Xasay əmisinin təkidi ilə Dağıstana qayıtdıqda Qarabağda, xalqının yanında qalmağı üstün tutur. Tamaşaçı Natəvanın timsalında əqidəli, çətinliklər qarşısında geri çəkilməyən, mübariz qadın obrazı görür. O, qətiyyətlə bildirir ki, həyata ikinci dəfə gəlsə idi, yenə bu yolu tutardı. Natəvan nə qədər çətinliklərlə üzləşsə də, ruhdan düşmür, Azərbaycanın öz milli birliyini, azadlığını tapacağına inanır...

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı Xan qızının anadan olmasının 190 illiyi münasibətilə “Xurşidbanu Natəvanı tanıyırıqmı?” başlıqlı viktorina keçirib.

***

Lənkəran RMİ Astara rayon Heydər Əliyev Mərkəzində “Xurşidbanu Natəvan – Azərbaycan qadının parlaq nümunəsi” mövzusunda sərgi və tədbir təşkil edilib. Tədbir iştirakçıları Natəvanın həyat və yaradıcılığı haqqında geniş məruzələrlə çıxış edib. Sonda Xan qızına həsr olunan film nümayiş olunub və sərgiyə baxış keçirilib.