Rejissor Todd Fillipsin “Coker-2” filmi 2024-cü ildə ekranlara çıxacaq. Məlumatlara görə, filmdə baş rolu oynayan Hollivud aktyoru  Xoakin Feniks (Joaquin Rafael Phoenix) bu dəfə rekord məbləğdə – 150 milyon dollar qonorar alacaq.

Ekran əsərində məşhur müğənni Ledi Qaqanın da rol alacağı təsdiqlənib. Harli Kvin obrazını canlandıracaq ifaçının qonorarının 10 milyon dollar olacağı bildirilir.

Qeyd edək ki, “Coker-1” psixoloji trillerinin (ssenari müəllifləri Todd Fillips və Skott Silver) premyerası 31 avqust 2019-cu ildə Venesiya Beynəlxalq Film Festivalında keçirilib. Film festivalın baş mükafatına – “Qızıl şir”ə layiq görülsə də, tənqidçilər arasında geniş müzakirələrə səbəb olub. Ekran əsərinin süjetinin gerçək həyatda zorakılığı təşviq edə bilməsi ehtimalı ictimaiyyətdə narahatlıq doğurub.

V.Kamal