Sentyabrın 7-dən 11-dək Tatarıstanın paytaxtı Kazanda XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı keçiriləcək. Festivalda Azərbaycan filmləri də nümayiş olunacaq.

“Rusiya – İslam dünyası” proqramında Əli-Səttar Quliyevin “Olimpiya” tammetrajlı bədii filmi, “Türk dünyası” proqramında Elvin Mirzəyevin “Qul” filmi, “Qısa filmlər” proqramında Qulu Əliyevin “Hasar”, “Qısametrajlı sənədli filmlər” proqramında isə Elvin Aşirovun “Eviniz haradadır?” filmləri təqdim ediləcək.

XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının münsiflər heyətinə Rusiyanın Xalq artisti Vladimir Xotinenko sədrlik edəcək. Münsiflər heyətinə müxtəlif ölkələrdən kino tənqidçiləri, rejissor və aktyorlar daxildir.

Builki festivalda iştirak üçün dünyanın 44 ölkəsindən 625 müraciət qeydə alınıb.