Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi, ictimai xadim Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib.

Kitabxananın müdiri Zülfiyyə Əliyeva şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Diqqətə çatdırıb ki, vətənpərvər şair Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifidir. Onun misraları dövlət atributlarını vəsf və tərənnüm edərək dövlətçiliyə məhəbbət, eləcə də vətənə bağlılıq hisslərini təbliğ edir.

Tədbirin bədii hissəsində kitabxananın fəal oxucuları şairin şeirlərini söyləyiblər. Sonda Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunan “Hürriyyət şairi” adlı sərgiyə baxış keçirilib.