Kolumbiya xalqının fəxri Qabriel Qarsia Markesin əsərlərinin belə bir təkmil səviyyədə nəşrinə və təbliğinə görə dərin təşəkkürümü bildirirəm. Əsərlərin seçimi, kitabın tərtibatı yüksək peşəkarlıq və zövqlə hazırlanıb.

Kolumbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Maria Anxelika Stir bu sözləri Dövlət Tərcümə Mərkəzində qurumun rəhbəri, Xalq yazıçısı Afaq Məsudla görüşdə deyib.

Diplomant Markesin Azərbaycan dilində nəşr olunan “Seçilmiş əsərləri” kitabının səfirlik tərəfindən təqdimatının keçiriləcəyini bildirib.

Görüş zamanı Azərbaycan-Kolumbiya ədəbiyyatlararası əlaqələr istiqamətində hazırlanan layihələr,  dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ispan dilində nəşr olunmuş “Yeddi gözəl” poemasının Kolumbiyanın dövlət və ictimai kitabxanalarına, təhsil və mədəniyyət ocaqlarına yerləşdirilməsi, Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin Kolumbiyada, eləcə də digər Latın Amerikası ölkələrində  tanıdılması kimi məsələlər müzakirə edilib.