Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni layihə – Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında "Anamın kitabı” tamaşasının son məşqləri gedir.

Teatrdan bildirilib ki, yeni rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər.

İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma dilimizin – ana dilimizin təbliğatı istiqamətinə yönəlib.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir. 

Tamaşada Akademik Musiqili Teatrının aktyor heyətindən Hüseyn Əlili, Nicat Əli, Səmədzadə Xasiyev, Zaur Əliyev, Əli Kərimov, teatrın tərcüməçisi Şamxal Nəsibbəyli və balet artisti İranə Kərimova yer alıblar.

Həmçinin Akademik Milli Dram Teatrının aktrisası Lalə Süleymanova, Gənc Tamaşaçılar Teatrından Nurlan Süleymanlı, Aygün Fətullayeva, Bakı Uşaq və Gənclər Teatrından Türkan Şahmarlı və  “Əsa”  teatrının aktrisası Səmayə Qulamzadə də  tamaşada iştirak edəcəklər.