Mədəniyyət Nazirliyinin təşkilatçılığı, "Cultural Network House" Assosiasiyasının və Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə əməkdaşlığı ilə Azərbaycan sənətçiləri və Türkiyə universitetləri arasında mədəniyyət mübadiləsi layihəsi həyata keçirilir.

Silsilə tədbirlər çərçivəsində tanınmış cazmen, pianoçu Şahin Növrəsli, kamança ifaçısı Toğrul Əsədullayev və tarzən Arslan Növrəsli türkiyəli tələbələrə ustad dərsləri keçəcəklər. Tələbələr həm sənətçilərin ifasını dinləyəcək, həm də Azərbaycan musiqisinin dərinlikləri haqqında dəyərli biliklər əldə edəcəklər.

İlk ustad dərsi 3 oktyabrda Ankarada Bilkənd Universitetində gerçəkləşib.

***

Ankarada olan Azərbaycan sənətçilərinin bu günlərdə həyata keçirilən "Başkent Kültür Yolu” festivalı çərçivəsində CSO Ada Ankara konsert salonunda onsert proqramı da təşkil olunub.

TADIV-in, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Cultural Network House”un dəstəyi ilə realasan konsertdə Şahin Növrəsli, Toğrul Əsədullayev və Arslan Növrəslinin çıxışı alqışlarla qarşılanıb.