Sumqayıt RMİ Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana-klubun əməkdaşları Vətən müharibəsi şəhidi Eldar Abdullayevin ailəsini ziyarət ediblər.

***

Ağcabədi şəhərindəki Qəhrəmanlar parkında Vətən müharibəsi şəhidi Anar Cəfərovun anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi RMİ-nin rəisi Qalib Həsənov da iştirak ediblər.

***

Yevlax rayonunun Kövər kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə inşa olunub. Abidənin açılış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daima uca tutulduğunu bildirib. Tədbirdə Bərdə RMİ-nin tabeliyindəki Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları və Kövər kənd tam orta məktəbinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiya nümayiş etdirib, şeirlər səsləndiriblər.

Nurəddin