Şəmkir RMİ-nin rəisi vəzifələrini müvəqqəti icra edən Nurəddin Mehdiyevin sədrliyi ilə idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri ilə seminar-müşavirə keçirilib. Fəaliyyətin müasir tələblər səviyyəsində təşkili, mövcud problemlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

***

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Bəşəri bəla – narkomaniya” mövzusunda tədbir keçirilib. Çıxış edənlər narkomaniyanın yaranma səbəbləri, nəticələri, bu bəladan uzaq olmanın yolları barədə məlumat veriblər.

***

Sabirabad RMİ Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Gəlin, gələcəyimizi qoruyaq!” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması, həmçinin milli şüurun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanmasıdır.

***

Ağstafa RMİ Ağstafa Dövlət Rəsm Qalereyasında “Əhməd Cavad müstəqilliyin tərənnümçüsüdür” başlıqlı tədbir keçirilib. İstiqlal şairinin 130 illiyi münasibətilə keçirilən tədbirdə qalereyanın baş fond mühafizi Naibə Musayeva çıxış edərək Əhməd Cavadın yaradıcılığı haqqında geniş söhbət açıb.

Qazax Dövlət Rəsm Qalereyasında isə Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinə həsr olunmuş “Xeyriyyəçi qadın” adlı tədbir keçirilib. Tədbirdə qalereyanın əməkdaşları, dərnək üzvləri və mədəniyyət işçiləri iştirak ediblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 6 saylı Gənclər Kitabxana filialı “Gəncədə erməni  terrorunun izləri” başlığı altında ekskursiya təşkil edib. Ekskursiyada İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, kitabxananın fəal oxucuları iştirak ediblər.

Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (1892-1937) 130 illik yubileyinə həsr edilmiş tədbir təşkil olunub. Tədbirdə Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Nurəddin Məmmədli