“Azərbaycan uşaq ədəbiyyatından seçmə əsərlər” kitabı Türkiyədə işıq üzü görüb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib ki, “Nokta Yayınevi”ndə çap olunan nəşrdə XX əsrin əvvəllərindən çağdaş dövrümüzədək yazıb-yaradan ədiblərin vətənə, bayrağa, istiqlala və azadlıq duyğularına həsr olunmuş məfkurə yönümlü şeir, hekayə və pyesləri yer alıb.

Kitabdakı mətnlərin tərtibçisi və “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova, Türkiyə türkcəsinə uyğunlaşdıranı və redaktoru Yaşar Sözendir.

“Şuşa İli” çərçivəsində şəhərin 270 illiyinə həsr olunan kitabın əsas məramı Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinə töhfə vermək, eyni zamanda sağlam ruha, milli şüur və mənəviyyata, mənəvi-əxlaqi dəyərlərə sahib olan gələcək nəslin yetişməsində müəyyən missiya daşıyıcısı olmaqdır.