Bakı Xoreoqrafiya Akademiyası (BXA) Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib.

Konsertdə Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələr, xarici ölkə səfirliklərinin nümayəndələri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra BXA-nın tələblərinin ifasında M.Moqamayevin “Azərbaycan”,  Ü.Hacıbəylinin “Cəngi”, L.Minkusun “Don Kixot” baletindən Kitrinin variasiyası, C.Cahangirovun “Ala göz”, Q.Qarayevin “Leyli və Məcnun” baletindən parça, “Küçələrə su səpmişəm” xalq mahnısı, eləcə də “Yüz biri”, “Şələqoy”, “Qartal” xalq rəqsləri və s. təqdim olunub. Bütün ifalar alqışlarla qarşılanıb.

Konsertin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadədir.