Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyində Birinci Qarabağ və Vətən müharibəsi qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Muzeyin direktoru Əntiqə Tağıyeva layihənin əhəmiyyətindən danışıb. Muzeyin əməkdaşı Sevinc Əliyeva noyabr ayında doğulan, Birinci Qarabağ və Vətən müharibəsində döyüşmüş hərbçilər haqqında məlumat verərək onların valideynlərinə dərin ehtiramını ifadə edib.

***

Sabirabad RMİ Hacıqabul Rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Vətən müharibəsi şəhidi Hüseyn Abbasovun ailəsini ziyarət edib.

***

Şəmkir RMİ Şəmkir Rayon Heydər Əliyev Mərkəzində rəssam Fərman Hüseynovun şanlı Zəfərimizə həsr olunan sərgisi təşkil olunub.

***

Lənkəran RMİ Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Taleh İsmayılovun anım günü keçirilib. Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub və T.İsmayılovun xatirəsinə hazırlanmış videoçarx təqdim edilib. Sonda Heydər Əliyev Mərkəzi rəsm studiyasının istedadlı şagirdi Rozana Gülverdiyeva yağlı boya ilə çəkdiyi T.İsmayılovun portretini şəhidin həyat yoldaşına təqdim edib.

N.Məmmədli