17-21 dekabr tarixlərində Nizami Kino Mərkəzində Türk filmləri həftəsi keçiriləcək. Layihə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Kino həftəsi dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılık Həsən” filmi ilə başlanacaq. 19 dekabrda isə Nizami Kino Mərkəzində S.Kaplanoğlunun ustad dərsi keçiriləcək, yerli kinematoqrafçılarla görüşəcək.

Layihənin proqramına əsasən, “Sədaqət Həsən”, “Yeddinci koğuşdakı möcüzə”, “Uğurlar, Eren”, “Sədaqət – müqəddəs döyüş”, “Eşqin ömrü”, “Ankara yazı”, “Vida məktubu” və “Rafadan tayfa – Göbəklitəpə” (cizgi filmi) ekran əsərləri nümayiş etdiriləcək. Seanslara giriş pulsuz olacaq.

Bundan əlavə, türkiyəli rejissorlar Mustafa Kara, Mehmet Altınal və Qalip Günel, aktyorlar İpek Tuzcuoğlu, İlker Aksum, Umut Karadağ kino həftəsi çərçivəsində Bakıda müvafiq sahə üzrə tələbələrlə, kino xadimləri ilə görüşəcəklər. Birgə layihələrlə bağlı müzakirələr aparılacaq.