Azərbaycan Animasiya Assosiasiyasının saytı - www.anima.az fəaliyyətə başlayıb. Assosiasiyanın əsas məqsədi Azərbaycan animasiya kinosunun inkişafına yardım etməkdir. Bu məqsədlə assosiasiya yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər tədbirlər həyata keçirir.

Təşkilat həmçinin animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək, animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq, milli animasiya maraqlarını müdafiə etmək və milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etməyi qarşısına hədəf qoyub.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.