Görkəmli ədəbiyyatşünas-alim, İmadəddin Nəsimi irsinin tədqiqatçısı, Əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanov (1927-1995) haqqında xatirələrin yer aldığı kitab çapdan çıxıb.

“Cahangir Qəhrəmanov xatirələrdə – 95” adlı kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görüb. Qeyd edək ki, C.Qəhrəmanov uzun illər Azərbaycan EA-nın Respublika Əlyazmalar Fondunda çalışıb, fondun direktoru olub.

Nəşrin tərtibçisi institutun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Tahirə Həsənzadə, elmi məsləhətçisi Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, redaktoru institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.