Gəncədə Azərbaycanın vətənpərvər oğlu, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun (1748-1804) xatirəsi yad edilib.

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsi ziyarət olunub, məzarına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, 1786-cı ildən Gəncə xanlığına rəhbərlik edən Cavad xan 1804-cü ildə yanvarın 3-də (yeni təqvimlə 15 yanvar) general Pavel Sisianovun başçılıq etdiyi rus qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub, şəhər işğal olunub. Bununla da 1747-ci ildə yaradılan Gəncə xanlığı tarixə qovuşub.

Nurəddin