Ötən il ölkəmizdə ümumilikdə 516 nəfərə fəlsəfə doktoru və elmlər doktoru dərəcələri verilib. Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasının məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, 2022-ci il ərzində 432 nəfər fəlsəfə doktoru, 84 nəfər elmlər doktoru alimlik dərəcəsi alıb.

Ötən il ümumilikdə 246 nəfərə, o cümlədən fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 222 və elmlər doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə imtina cavabı gəlib.

Həmçinin ötən il 200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 29 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə isə imtina cavabı verilib.