Prezident İlham Əliyev yanvarın 13-də fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 180 manat müəyyən edilib. Qeyd edək ki, indiyədək bu təqaüdlər müvafiq olaraq 180 və 150 manat idi.