Xəbər verdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın hüzn və qəhrəmanlıq salnaməsi olan 1990-cı ilin 20 yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında film çəkilib.

“20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər.

Ekran işinin əsas qayəsi otuz üç il əvvəl şər qüvvələrə yox deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına nail olan xalqımızın, o cümlədən dənizçilərin göstərdiyi şücaəti geniş auditoriyaya çatdırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

Quruluşçu rejissoru Elxan Cəfərov olan filmin ssenari müəllifləri Lalə Əliyeva, Yavər Rzayev, təsvir rejissorları Gints Berzinış, Nadir Mehdiyev, quruluşçu rəssamı Mamuka Esadze, baş prodüserləri Tural İbrahimov, Mehman Mehdiyev, icraçı prodüseri Aydın Hacıyevdir.

Lalə