Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Ə.Bakıxanov adına 6 nömrəli Musiqi məktəbində 20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra azadlıq mücahidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda mübarizənin rəmzi olan 20 Yanvara həsr olunan qısa film nümayiş etdirilib.

Sonra məktəbin Fortepiano və simli nəfəsli alətlər şöbəsi şagirdlərinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.