Respublika Uşaq Kitabxanasında maarifçi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin (1863-1920) anadan olmasının 160 illiyi münasibətilə elektron məlumat bazasının təqdimatı keçirilib.

Kitabxanadan bildirilib ki, tədbirdə F.Köçərlinin həyat və yaradıcılığı, Azərbaycan uşaq ədəbiyyatına verdiyi töhfələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, elektron-məlumat bazasının hazırlanmasında məqsəd F.Köçərli yaradıcılığının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi müstəsna rolu təbliğ etməkdir.

Tədbirdə qonaq qismində iştirak edən və F.Köçərlinin uzaq qohumu sayılan Rüstəm Qayıbova “Balalara hədiyyə” və “Firidun bəy Köçərli. Biblioqrafiya” kitabları hədiyyə olunub.

Sonda Firidun bəy Köçərlinin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.