Ağdaş RMİ Ucar Tarix-Diyarşünaslıq Muzeyində “Əşyaya toxun, tarixi hiss et” adlı layihəyə başlanılıb. Muzeydə ziyarətçilərin istəyi və maraq dairəsi nəzərə alınaraq onların bu və digər eksponatla təmasına imkan yaradılır. Bununla onlar tarixi bir növ hiss edirlər.

Layihənin məqsədi əhali arasında muzeylərə olan marağın artırılması, bu yolla tariximizin, irsimizin, milli mədəni dəyərlərimizin təbliğinə və təşviqinə nail olmaqdır.

Layihə üzrə ilk sərgi qədim dulusçuluq sənətinə həsr edilib. Bu kolleksiyadan müxtəlif təyinatlı dulusçuluq əşyaları nümayiş olunub. Nümayiş etdirilən eramızdan əvvəl IV-II minilliyə aid gil əşyalar, arxeoloji artefaktlar tamaşaçıların böyük marağına səbəb olub.

Nurəddin