Rusiya Təhsil Nazirliyi, “Rossotrudniçestvo” və Prezident Qrantları Fondunun dəstəyi ilə “Canlı klassika” – rusiyalı yazıçıların nəsr əsərlərinin bədii qiraəti müsabiqəsi keçirilir.

Bu barədə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən bildiriblər. Layihənin ölkəmizdə kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır.

Yaşı 10-dan 17-yə qədər olan hər kəs müsabiqədə iştirak edə bilər.

Müsabiqə iştirak etmək istəyən şəxslər “youngreaders.ru” saytında qeydiyyatdan keçməli, XVIII-XXI əsrlərin müəlliflərinin yaradıcılığından bir əsər seçib əzbərləməlidirlər. Müsabiqənin bütün mərhələlərində məhz həmin nümunəni ifa etmək tələb olunacaq. Müsabiqədə iştirak ödənişsizdir.