Rusiya Federasiyası Başqırdıstan Respublikasının Meleuz rayonunda yerləşən Voskresensk misəritmə zavodunun binası beynəlxalq səviyyədə tanınmaq ərəfəsindədir. Tikili UNESCO-nun Dünya irsi üzrə ilkin siyahıya salınıb.

Bu barədə məlumatı sosial media hesabında paylaşan Başqırdıstan Respublikasının  başçısı Radi Xabirov xatırladıb ki, bir müddət əvvəl köhnə Ural metallurgiya zavodunun ətrafındakı ərazi abadlaşdırılıb. Orada “Voskresensk zavodu Art-mərkəzi” ictimai məkanı yaradılıb. Bu obyektin yaxınlığında yerləşən və onunla vahid kompleks kimi qəbul edilən rəsm qalereyasının bərpa edilməsi də hökumətin planına daxildir.

Voskresensk misəritmə zavodunun binası 1745-ci ildə tikilib. Müəssisə 150 il işləyib və XIX əsrin sonlarında Karqali filiz yatağı tükəndikdən sonra bağlanıb.

Gülcahan