Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında tanınmış uşaq yazarı, “Everest” nəşriyyat evinin baş redaktoru Solmaz Amanova ilə “İlmə-ilmə düzülən sözlər” adlı görüş keçirilib.

Görüşdə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının 3-cü sinif şagirdləri və Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları yazıçının əsərləri əsasında səhnəciklər nümayiş etdiriblər.

Yazıçı öz nağıllarını balaca oxucular üçün qiraət edib.

Kitabxanada yazıçının kitablarından ibarət sərgi nümayiş olunub.

Sonda yazıçı rəy kitabına ürək sözlərini yazaraq kitabxana rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.