Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli”nə həsr olunan Elm festivalı çərçivəsində Kitabxana İnformasiya Mərkəzi (KİM) tərəfindən “Universitet kitabxanalarının tədris və elmi tədqiqat prosesində əhəmiyyəti: təhlil və qiymətləndirmə” mövzusunda tədbir keçirilib.

Tədbirdə KİM-in direktoru Adilə Abdullayeva UNEC-in kitabxanalarının fəaliyyəti barədə məlumat verib. O, UNEC alimlərinin əsərlərinin xaricdə işıqlandırılması, həmin əsərlərin dünya kataloquna daxil edilməsi istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, dünya kataloqunda Nizami Gəncəvi irsi, Qarabağ mövzusu araşdırılıb, bu il isə Heydər Əliyev irsi tədqiq olunacaq.

Elm festivalı çərçivəsində KİM tərəfindən görülən işlərdən də danışan A.Abdullayeva  4 dildə 200-ə yaxın həm yerli, həm də beynəlxalq alimlərin kitablarından ibarət sərginin, eləcə də endirimli kitab-sərgi yarmarkasının təşkil edildiyini bildirib.

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib.