Məlum olduğu kimi, Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin 200 illiyi UNESCO-nun 2023-cü il üçün yubileylər və əlamətdar tarixlər proqramına daxil edilib.

UNESCO-nun rusdilli auditoriya üçün nəzərdə tutulan rəsmi “Twitter”, "Instagram" və “Facebook” hesablarında Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi ilə bağlı paylaşım edilib. Paylaşımda Tağıyevin müsəlman Şərqində ilk qızlar məktəbinin və Azərbaycan milli teatrının yaradıcısı olduğu bildirilib.  

Paylaşılan məlumatda xeyriyyəçinin “Əgər bir kişiyə təhsil versəniz təhsilli bir insan, qadına təhsil versəniz təhsilli bir millət qazanarsınız” fikirləri də yer alıb.