Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı martın 15-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək.

Ansambl konsertdə maraqlı repertuarını dinləyicilərə təqdim edəcək. Proqramda Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, muğam və təsniflər ifa olunacaq.