F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 7 saylı orta məktəbin şagirdləri və kiçik yaş qrupu oxucuların iştirakı ilə “Novruz atributları” mövzusunda əl işləri üzrə ustad dərsləri təşkil olunub.

9-10 mart tarixlərində keçirilən dərslərin məqsədi məktəblilərin asudə vaxtlarını faydalı və əyləncəli keçirmək, həmçinin adət-ənənələrimizi yaşatmaq, şagirdlərə milli-mənəvi dəyərləri aşılamaqdır.

Dərslərdə şagirdlər sulu boya, quaş və karandaşla Novruz bayramının atributlarını çəkiblər. Həmçinin rəngli kağız, karton, yumurta və digər ləvazimatlar üzərində müxtəlif rəsmlər çəkərək maraqlı və əyləncəli zaman keçiriblər.