Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun (1939-2022) vəfatının ildönümü münasibətilə xatirə jurnalı çapdan çıxıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Azərbaycan və rus dillərində çap olunan jurnala ön sözü yazıçı, teatrşünas və ədəbi tənqidçi, filologiya elmləri namizədi Natalya Staroselskaya qələmə alıb.

Jurnalda Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayev, Xalq yazıçıları – Çingiz Abdullayev, Natiq Rəsulzadə, professor Rəhman Bədəlov, rusiyalı kinossenarist Pavel Finn, dövlət və mədəniyyət xadimi Mixail Şvıdkoy, kinorejissor, ictimai xadim Yuli Qusman, gürcü kinorejissoru, ssenarist Eldar Şengelaya, Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Zülfiqar Musakov, Kino Mətbuatı Beynəlxalq Federasiyasının prezidenti Andrey Plaxov və başqalarının xatirələri yer alıb.

Jurnalın tərtibatçısı Fatimə İbrahimbəyova, dizayneri Xəyal Danyal, materialları Azərbaycan dilinə tərcümə edən Rəbiqə Nazimqızı, nəşrin koordinatoru Əli İsa Cabbarovdur.