Xalqımızın Ümummilli lideri, mədəniyyətimizin böyük himayədarı olmuş Heydər Əliyevin 100 illiyi münasibətilə sənət ocaqlarında müxtəlif tədbirlər, konsertlər, layihələr həyata keçirilir.

Martın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində təşkil edilən konsert də Ulu öndərin yubileyinə sənət töhfəsi olub.

Musiqi axşamında dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin (professor Fatimə İdiyatulinanın sinfi) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Ulu öndərin xatirəsinə ehtiramın ifadəsi olan konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.