Ustad xanəndə, Xalq artisti Arif Babayevin 85 illik yubileyi münasibətilə martın 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) tədbir keçirilib.

Yubiley tədbiri mərkəzin “Muğam axşamları” layihəsi çərçivəsində təşkil olunub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev xanəndəni təbrik edərək yaradıcılığından söz açıb.

Sonra BMM-in solistlərinin ifasında yubilyarın repertuarından muğam, mahnı və təsniflər səslənib.

Yubiley gecəsi “Qarabağ şikəstəsi” sədaları altında yekunlaşıb.