Prezident İlham Əliyev martın 30-da “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında (2014) və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” (2018) fərmanlarda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

***

Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” 2014-cü il 14 may tarixli 162 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 475; 2016, № 8, maddə 1384; 2018, № 4, maddə 655, № 6, maddə 1213; 2019, № 5, maddə 821; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2048 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən “(ikinci halda)” sözləri çıxarılsın;

1.2. 1.5-ci, 1.7-ci, 1.8-ci, 1.10-cu və 1.11-ci bəndlərə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

1.3. 1.6-cı bəndə “Agentliyi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin;

1.4. 1.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.12. həmin Qanunun 22.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədilə istifadə etdikdə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;”;

1.5. 1.12-1-ci bənd ləğv edilsin.

2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019, № 5, maddələr 822, 825, № 10, maddə 1588, № 12, maddə 1929; 2020, № 7, maddə 892; 2022, № 9, maddə 1030, № 11, maddə 1256; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2051 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” üzrə:

2.1.1. 2.0.4-cü, 3.1.6-cı, 3.1.14-cü və 3.1.48-ci yarımbəndlərə, 3.2-ci və 4.2-ci bəndlərə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Şuşa şəhərinin ərazisi,” sözləri əlavə edilsin;

2.1.2. 3.2.16-cı yarımbənddən “(Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları istisna olmaqla)” sözləri çıxarılsın;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” üzrə:

2.2.1. 1.1-ci bəndə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Şuşa şəhərinin ərazisi,” sözləri əlavə edilsin;

2.2.2. 3.0.37-ci yarımbənddən “(Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları istisna olmaqla)” sözləri çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 mart 2023-cü il