AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Sevinc Rəhnullanın “Əbdüssalam Axundzadə irsindən: “Cəhalət dərdinin dərmanı” və “Vəz və nəsihət” kitabı işıq üzü görüb.

İnstitutun Elmi şurasının qərarı ilə çap olunan kitabda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin beşinci şeyxülislamı, yazıçı, pedaqoq Əbdüssalam Axundzadənin (1843-1907) həyatına qısa nəzər salınıb, onun Əlyazmalar İnstitutunda mühafizə olunan “Cəhalət dərdinin dərmanı” və “Vəz və nəsihət” əsərlərinin transfoneliterasiyaları verilib.

Nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, redaktoru institutun böyük elmi işçisi Yeganə Rəhnulla, rəyçisi ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanovadır.