Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyi mayın 3-də Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş “Fortepiano musiqisi axşamı” adlı konsert proqramı təşkil edib.

Konsertdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ülkər Rüstəmli, Nəzrin Bayramova, Şəms Əsgərova fortepianoda Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərini ifa ediblər.

İfalar muzeyin kolleksiyaları əsasında hazırlanmış “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda videoçarxla müşayiət olunub.