Sumqayıt Dövlət Dram Teatrında Georgi Xuqayevin “Varlı ev” faciəsi əsasında eyniadlı tamaşa hazırlanacaq. Oxunuş mərhələsində olan əsərə teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov quruluş verir.

Əsərdə hadisələr XX əsrin əvvəllərində Qafqaz vilayətlərindən birində cərəyan edir. Sərt qanunlarla öz evini idarə edən Beçir bəyin taleyi kontekstində eyni zamanda ictimai-siyasi mühitin mənzərəsi, müharibənin gətirdiyi bəlalar, anlaşılmazlığın fəsadı, xarakterlərin mübarizəsi təsvir olunur.

Tamaşada Əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Elmira Kərimova, aktyorlar Dağlar Rüstəmov, Oqtay Mehdiyev, Habil Xanlarov, Məryəm Hüseynli, Elay Xasıyev və başqaları rol alıblar.