Avstriyanın məşhur rəssamlarından biri, “Gənclik stili”nin tanınmış nümayəndəsi Qustav Klimtin (1862-1918) “Atterzee gölündəki ada” əsəri “Sotheby`s” hərrac evinin Nyu-Yorkda keçirdiyi hərracda 53,2 milyon dollara satılıb.

Avstriyanın ən bahalı rəssamı titulunu daşıyan Q.Klimtin 1901-1902-ci illərə aid əsərini Yaponiyadan anonim kolleksiyaçı alıb. “Atterzee gölündəki ada” əsəri nasist Almaniyasının təqiblərindən qaçaraq ABŞ-yə mühacirət edən vyanalı qalerist Otto Kallirin kolleksiyasına daxil olub və ilk dəfə 1940-cı ildə Nyu-York şəhərində “Avropadan xilas edilənlər” adlı sərgidə nümayiş olunub.

Qustav Klimtin indiyədək hərraclarda ən yüksək qiymətə satılan əsəri “Tozağacı meşəsi” tablosudur. Ötən ilin noyabr ayında hərraca çıxarılan əsər 104,2 milyon dollara satılmışdı.