2023-cü ilin ən yaxşı aviaşirkətlərinin adları açıqlanıb. “Airline Raitings” kompaniyası onların növbəti reytinqini təqdim edib.

Yeni Zelandiyanın “Air New Zealand” şirkəti dərc edilmiş siyahıda birinci yerdədir.

Şirkətin ekspertləri bildirirlər ki, siyahı 12 meyar – aviaparkda təyyarələrin orta yaşı, sərnişinlərin rəyləri, gəlirlilik, şəbəkənin inkişafı, təhlükəsizlik göstəriciləri və innovasiyalar üzrə tərtib olunur.

Tam siyahıya “Air New Zealand”, “Qatar Airways”, “Etihad Airways”, “Korean Air”, “Singapore Airlines”, “Qantas”, “Virgin Australia/Virgin Atlantic”, “EVA Air”, “Cathay Pacific Airways”, “Emirates”, “Lufthansa”, “Swiss”, SAS, “TAP Portugal”, “All Nippon Airways”, “Delta Air Lines”, “Air Canada”, “British Airways”, “Jet Blue”, JAL, “Vietnam Airlines”, “Turkish Airlines”, “Hawaiian”, KLM, “Alaska Airlines”, “United Airlines” aviaşirkətləri daxil edilib.