Fransa paytaxtında dördillik fasilədən sonra 54-cü Beynəlxalq Aviasiya-Kosmik Sərgisi yenidən açılıb.

Le-Burje aeroportunda 19-25 iyun tarixlərində keçirilən sərgidə (Paris Air Show – 2023) 49 ölkə təmsil olunur. İlk üç gün ərzində sərgi yalnız peşəkarlar üçün nəzərdə tutulub, son günlərdə isə ictimaiyyət nümayəndələri sərgini ziyarət edə biləcəklər.

Sərgidə 185 ölkədən peşəkar və mülki şəxs olmaqla 316 mindən çox ziyarətçinin iştirakı gözlənilir.

Beynəlxalq Aviasiya-Kosmik Sərgisi “Airbus” və “Boeing” aviaşirkətləri arasında yüksək səviyyəli ticarət yarışı hesab olunur. Son 6 ayda bu şirkətlərə 2 000 təyyarə sifariş edilib. Qarşıdakı 20 il ərzində 40-50 min sərnişin təyyarəsinə ehtiyac olacağı proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, 54-cü Beynəlxalq Aviasiya-Kosmik Sərgisi aviasiyada yeni karbonsuzlaşdırma dövrünün başlanğıcı olacaq.